0

8 Avqust 2014

Bakının TOP 5 Pizzaçısı!

Dostlarla yemək sifariş edəndə, təbii ki, hamı məhz Pizzaya üstünlük verir. Əslən İtaliyalı bu Yeməyi bizim gənclər o qədər bəyənib ki, Pizza rasionumuzun bir parçası olub. Digər tərəfdən də, gəncləri anlamaq olur – bu qədər ləziz, bol çeşidli və eyni zamanda da münasib qiymətlə təklif onunan ikinci bir Yemək tanıyırsız? ;)

Elə məhz buna görə bu dəfə sizə Bakının, eyni zamanda da Nuush-un 5 ən popular Pizzaçılarından söz açırıq. Gözünüz Bizdə olsun :)

1. Bella Pizza – qısa zamanda böyük populyarlıq qazanan Bella Pizza geniş və ləziz menyusu ilə seçilir. Hər mədəyə və cibə uyğun Böyük və Kiçik Boy Pizzalar təqdim  olunur. Çeşid bolluğu və Pizzanın keyfiyyətindən isə bütün Bakı agahdır :)

Bella Pizza-da əla Fürsət də var: 2 Böyük Pizza sifariş edənə 1 lits içki PULSUZ

434468

2. Pit Stop menyusunda baxanda düşünürsən ki, görəsən bu restoran aşpazlarının bacarmadığı hər hansı yemək var?) Amma hər şeyi bir kənara qoyub yalnız Pizzalarından danışsaq belə uzun çəkər! Qısaca desək: Marqarita Pizzadan Havay Pizzasına kimi istənilən çeşiddə Pizzaların sifariş ünvanı Pit Stopdur.

Biznes Lanç – Pizza + İçki – 6 azn, 2 nəfərlik Kombo Menyu – 14 azn, 4 nəfərlik Kombo Menyu – 24 azn

357914

3. Bakıda əsl İtaliya mətbəxinin dadını hiss etmək istəyənlər düşünmədən La Strada-dan sifariş etməlidir.  Geniş kütlə içində sevilən La Strada Kiçik, Orta və Böyük boyda Pizzaları düz qapınıza gətirəcək!

La Stradanın Endirimli Pizza Menyusu əsl dostlarla party üçün düşünülüb – 4 Böyük Pizza sifariş edənə 1 Orta Pizza – PULSUZ! La Strada ilə hamı doysun!

pitstsa

4. Öz mətbəxini məhz elə Pizza üçün işlədən Pizza Bruno Pizza bişirmədə lap ustadır. Ən sərfəli qiymətləri, əla xidməti və keyfiyyətinə görə, nə gizlədək, Bruno-dan sifarişlərin ardı-arası kəsilmir.

pizza

5. Bütün Pizzanı yemək istəmirsən? Yoxsa bir neçə Pizza dadmaq istəyirsən? O zaman Pizza Villa-dan dilim Pizzalar məhz sənin üçündür! Bundan başqa Orta və Böyük boy Pizzalar, Fast Food və Salatlar ən qısa zamanda süfrənizdə çatdırılacaq.

pizza-stock

Sifariş edin, Dostlar!

 

 

24,059 Ümumi baxış sayı, 17 Bugünki baxışlar